AZ

Vitkoff Zelenski ilə görüşdə irəliləyiş olduğunu bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Berlində keçirilən görüşü zamanı hərbi əməliyyatların dayandırılması istiqamətində "əhəmiyyətli irəliləyiş" əldə edilib.

Herbiand.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Vitkoff X sosial platformasında məlumat verib.

Vitkoff qeyd edib ki, Amerika və Ukrayna nümayəndə heyətləri arasında Ukraynada mümkün atəşkəslə bağlı məsləhətləşmələr beş saatdan çox davam edib. Trampın müşaviri və kürəkəni Cared Kuşner də görüşdə iştirak edib.

Vitkovun paylaşımında deyilir ki, iki tərəf 20 maddəlik sülh planı, iqtisadi məsələlər və digər mövzular üzrə dərin müzakirələr aparıb.

Seçilən
96
herbiand.az

1Mənbələr