AZ

Son 5 ildə Azərbaycanda 15 mindən çox avtomobil istehsal olunub

Son 5 ildə Azərbaycanda 15 min 844 ədəd minik avtomobil istehsal olunub. 

Valyuta.az xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında 3736 ədəd minik avtomobili istehsal olunub. 

2024-cü ilin yanvar-noyabr aylarında isə 5225 ədəd minik avtobili istehsal olunub. Bu onu deməyə əsas verir ki, illik müqayisədə bu ildə avtomobil istehsalı 1489 ədəd və ya 28,49% azalıb. 

2023-cü ilin sözügedən dövründə isə 3079 ədəd minik avtomobili istehsalı həyata keçirilib. Yəni ötən ilin eyni dövründə -2024-cü ilin yanvar-noyabr aylarında minik avtomobili istehsalında 2146 ədəd və ya 69,69% artım olub.

2022-ci ilin yanvar-noyabr aylarında 1812 ədəd minik avtomobili istehsal olunub ki, bu da onu deməyə əsas verir ki, 2023-cü ilin eyni dövründə minik avtomobili istehsalında 1267 ədəd və ya 69,92% artım olub. 

2021-ci ildə 1992 ədəd minik avtobilinin  istehsal olunduğunu nəzərə alsaq, 2022-ci ilin eyni dövründə minik avtomobili istehsalında 180 ədəd və ya 9,03% azalma olub. 

2020-ci ildə 1642 ədəd minik avtomobili istehsal olunub ki, bu da 2020-ci ildə minik avtomobili istehsalında 350 ədəd və ya 21,31% artım olduğunu deməyə əsas verir. 

Sərvanə Rəmixanova


Seçilən
52
azia.az

1Mənbələr