AZ

Aİ Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək

Avropa Birliyinin (Aİ) xarici işlər nazirləri Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəklər.

Missiya.Az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

Onun sözlərinə görə, Rusiya neftini daşıyan 40 tanker sanksiya siyahısına salına bilər. Aİ-nin bu gün yeni sanksiyalar elan edəcəyi gözlənilir.Qeyd edək ki, oktyabr ayında qəbul edilən 19-cu sanksiyalar paketi Rusiya banklarını, kriptovalyuta birjalarını və üçüncü ölkələrdəki bəzi qurumları əhatə edib. “Politico”nun yazdığına görə, 20-ci sanksiyalar paketinin 2026-cı ilin əvvəlində qüvvəyə minməsi planlaşdırılır.

Seyranə Quliyeva Missiya.Az

Seçilən
101
missiya.az

1Mənbələr