AZ

Sidneydəki terror hücumundan sonra müsəlman qəbiristanlığında donuz başları tapılıb

Sidneyin qərbindəki müsəlman qəbiristanlığında donuz başları tapılıb...

Poliqon xəbər verir ki, bu barədə Daily Mail azıb.

Hadisə dünən Sidney çimərliyində iki silahlı şəxsin yəhudilərə atəş açmasından sonra baş verib. Atıcılardan biri də daxil olmaqla, on altı nəfər ölüb.

İlkin məlumatlara görə, hücum edənlər 24 yaşlı Nəvid Əkrəm və onun 50 yaşlı atası Səcid Əkrəmdir. Sidney müsəlman liderləri artıq dəfn mərasimlərini keçirməkdən və ya atıcıların cəsədlərini qəbul etməkdən imtina edəcəklərini bildiriblər.

"Heç birimiz onların hərəkətlərini bağışlamırıq; bu, günahsız mülki şəxslərin qətlidir", deyə qəzetin Sidneydə tanınmış İslam lideri kimi təsvir etdiyi doktor Camal Rifi şərh edib.

Hücum yəhudi bayramı Hanukkanın ilk günündə baş verib. Hadisə yerində hazır partlayıcı qurğular da tapılıb. İkinci atıcı yaralanıb və vəziyyəti ağırdır.

Poliqon.info

Seçilən
80
poliqon.info

1Mənbələr