AzVision.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Bakıda Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə keçirilən "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda konfransda söyləyib. O vurğulayıb ki, cəmiyyətin dini dünyagörüşü istiqamətində ən böyük problemlərdən biri dinin və həyatın uzlaşdırılmasında meydana çıxır:
"Bu baxımdan təhsilin rolu danılmazdır. Azərbaycanda təhsilin hədəfi yaradıcı şəxsiyyət yetişdirməkdir. Ölkəmizdə dini düşüncənin ən doğru şəkildə anlaşılması yolunu Əhməd Ağaoğlu özünün "Üç mədəniyyət" kitabında yazıb. O, dinin biliyə zidd olmadığını vurğulayıb. Həqiqətən də, dünyanın dərk olunmasında elmi-praktik üsullar vacibdir. Bu istiqamətdə görülən bütün işləri təqdir edirəm".
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta