AZ

FSB 10 rusiyalını saxladı

FSB beş bölgədə 10 rusiyalını saxlayıb. Onlar telefon fırıldaqçılarının təzyiqi və təhdidi altında təxribat və terror aktları törədiblər.

XəzərNews.az xəbər verir ki, saxlanılanlar Ukrayna kəşfiyyat orqanlarının maraqları naminə hərəkət ediblər.

Həbslər Komi Respublikasında, Həştərxan, Voloqda və Volqoqrad vilayətlərində, eləcə də Krasnodar diyarında baş verib.

Həbs olunanlar hüquq-mühafizə orqanlarının maşınlarını yandırıb və "enerji və nəqliyyat müəssisələrinin fəaliyyətinə" müdaxilə ediblər.

Dindirmələr zamanı vətəndaşlar telefon fırıldaqçılarının təzyiqi altında kredit götürdüklərini və 300.000 ilə 1,6 milyon rubl arasında "təhlükəsiz hesablara" köçürdüklərini bildiriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edən fırıldaqçılar onlarla Telegram vasitəsilə əlaqə saxlayaraq Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirdiklərinə görə məsuliyyətə cəlb etməklə hədələyiblər.

Ruslar obyektlərin antiterror təhlükəsizliyini yoxlamaq üçün guya "qanunsuz hərəkətlər etməyə" məcbur ediliblər.

Xəbər 4 dəfə oxunub.
Seçilən
127
xezernews.az

1Mənbələr