AzVision.az xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov Bakıda Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə keçirilən "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda konfransda deyib. O bildirib ki, müasir dövrdə müxtəlif mənbələrdən dinlə əlaqədar fərqli-fərqli məlumatlar yayılır:
"Bu, əksər hallarda xurafata, ekstremizmə gətirib çıxarır. Gənclərin bu məlumatlardan düzgün faydalanması çətindir. Bu baxımdan təhsilin rolu əhəmiyyətlidir. Həm orta, həm ali təhsil səviyyəsində dini biliklərə yer verilir. Təhsilin məqsədi daha çox mənəvi dəyərləri aşılamaqdır".
AzVision.az