İranın Qərbi Azərbaycan vilayətində yerləşən Xoy şəhəri ilə Türkiyənin Konya şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanıb.
Hafta.az yazır ki, bu memorandum mədəniyyət, turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və şəhər idarəçiliyi üzrə təcrübə mübadiləsi məqsədi daşıyır.
Bildirilir ki, Xoy və Konya şəhərlərinin qardaşlaşması yalnız inzibati razılaşma səviyyəsində qalmamalı, icraedici, ixtisaslaşmış və zaman baxımından planlaşdırılmış proqramlara çevrilməlidir ki, onun real nəticələri hər iki şəhərin sakinlərinin həyatında öz əksini tapsın.
İRNA-nın məlumatında deyilir: “Bu əlaqə Şəms Təbrizi və Mövlana Cəlaləddin Ruminin ortaq irsindən qaynaqlanır, mənəvi turizmin inkişafı, birgə mədəni tədbirlərin keçirilməsi, eləcə də şəhərlərarası strateji əməkdaşlığın genişləndirilməsi üçün nadir imkanlar yaradır”.
Qeyd olunur ki, bu memorandumun imzalanması Xoy şəhərinin müxtəlif sahələrdə daha fəal və beynəlxalq miqyasda iştirakının başlanğıcıdır.