AZ

KİV: ABŞ və Ukrayna Berlində çətin danışıqlar aparıblar

ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Berlində keçirilən danışıqlar gərgin keçib və Amerika tərəfi sülh sazişi layihəsi üzrə güzəştə getmək niyyətində deyil.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, danışıqlar təxminən beş saat davam edib və bazar ertəsi günü də davam etdirilməsi planlaşdırılır.

Avropa və Ukrayna rəsmilərinin bildirdiyinə görə, görüşlərdə Kiyev üçün təhlükəsizlik zəmanətləri əsas müzakirə mövzularından biridir.

Məlumata əsasən, Böyük Britaniya, Fransa və digər Avropa ölkələri Ukraynaya göstərə biləcəkləri dəstəyi, o cümlədən potensial qoşun yerləşdirilməsi imkanlarını əhatə edən detallı planlar hazırlayıblar.

Lakin WSJ qeyd edir ki, Vaşinqton hələlik hansı konkret yardımı göstərməyə hazır olduğu ilə bağlı siyasi qərar qəbul etməyib.

Bazar günü Berlində Almaniya Kanslerliyində Ukraynadakı münaqişənin həlli ilə bağlı ABŞ və Ukrayna nümayəndə heyətləri arasında görüş keçirilib. ABŞ nümayəndə heyətinə Prezidentin xüsusi elçisi Stiven Vitkoff və ABŞ prezidenti Donald Trampın kürəkəni, sahibkar Cared Kuşner daxildir. Ukrayna tərəfini Prezident Vladimir Zelenski, Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Andrey Qnatov təmsil edib.

Almaniya kansleri Fridrix Merz görüşün əvvəlində qısa salamlama nitqi ilə çıxış etdikdən sonra iclas zalını tərk edib.

Seçilən
66
operativmm.az

1Mənbələr