BAKI, 15 dekabr. TELEQRAF
Bu ilin yanvar- sentyabr aylarında qiymətli kağızlar portfelindən gəlirimiz keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,4% artıb.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov Tədiyə balansının açıqlamasına dair keçirilən brifinqdə bildirib.