AZ

Məşhur rejissor və həyat yoldaşı qətlə yetirilib

ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

78 yaşlı rejissor Rob Reyner və 68 yaşlı həyat yoldaşı Mişel ABŞ-nın Los-Anceles şəhərində ölü tapılıblar.

Reyting.az xəbər verir ki, bu barədə “People” jurnalı məlumat yayıb.

Cütlüyün evində tibbi yardım göstərmək üçün çağırılan xilasedicilər bıçaqlanmış və yaralanmış cəsədlər aşkar ediblər.

Bir neçə mənbəyə görə, qatil onların 32 yaşlı oğlu Nik Reynerdir. O, polis tərəfindən dindirilir, lakin hələlik rəsmi həbs olunmayıb.

Rob Reyner tanınmış rejissor və aktyordur. O, “Mənimlə Stand By Me”, “Harry Met Sally” və “Bir neçə Yaxşı Adam” kimi ikonik filmlərə rejissorluq edib. O, həmçinin “Hamısı Ailədə” serialındakı Mayk rolu ilə şöhrət qazanıb.

V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
115
reyting.az

1Mənbələr