Minatəmizləmə fəaliyyətinə cəlb olunan işçilərin keçdikləri təlimlər və sertifikatlar mütləq təqdim edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılması Qaydası”nda əksini tapıb.
Bununla yanaşı, əməliyyatlara rəhbərlik edən heyətin tərcümeyi-halı da qiymətləndirmə zamanı nəzərdən keçiriləcək. Təlim proqramlarının keyfiyyəti və uyğunluğu vacib göstəricilər sırasındadır. Bu sənədlər heyətin bilik və bacarıq səviyyəsini təsdiq edəcək. Məqsəd, minatəmizləmə əməliyyatlarının yalnız peşəkar heyət tərəfindən icra olunmasına nail olmaqdır.