AZ

Velosiped sürməyin beş faydası

Ses qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“İstər evdə, istər idman salonunda velosipedə minmək kalori yandırmaq və formaya düşmək üçün çox yaxşı bir üsuldur. Evinizə bütöv bir məşq dəsti almaq baha başa gələ bilər, amma bir velosipedlə lazım olan hər şey əlinizin altındadır. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, dos. Gülbaba Quliyev bildirib.

G.Quliyev sözlərinə davam edərək qeyd edir ki, velosipedə minməyin sizə uyğun məşq olub-olmadığını öyrənmək istəyirsiniz? Budur, sizə velosipedə minməyə başlamaq üçün 5 səbəb:

- Məşq və ya yol velosipediylə arıqlayın. Kalori yandırmaq üçün velosipedə minmək ideal hesab olunan üsullardan biridir.Velosiped sürərkən böyük əzələlər işlədiyi üçün 65 kilo çəkisi olan bir qadın bir saat ərzində orta sürətli velosipedlə təxminən 500 kalori yandırmış olur. Həm də velosipedə minmək oynaqların həddindən artıq yük qaldırmadığı üçün hər yaşda olan insanlar üçün ideal bir məşqdir.

- Ürək sağlamlığınızı qoruyun. Məşq etmək sadəcə arıqlamaq deyil, eyni vaxtda sağlam və formada qalmaq üçün də əhəmiyyətlidir. Nizamlı olaraq ürək damarlarını məşq etdirən insanlar daha uzun ömür yaşayırlar. Sağlam ağciyərlərə sahib olmaq astma kimi tənəffüs xəstəliklərinə daha müqavimətli olmaq deməkdir. Orta və ya yüksək sürətli velosipedə minmək ürək döyüntüsünün sürətini artırar və formada qalmağa kömək edər.

- Əzələlərinizi inkişaf etdirin.Velosipedə minmək hərəkətli və ya sabit bir velosiped üzərində edilən müqavimətli idman növüdür. Ayaqlarınızla pedalları çevirərkən əzələlərinizi inkişaf etdirirsiniz. Diz əzələləriniz kimi böyük əzələlərinizi inkişaf etdirir, maddələr mübadiləsi sürətini artırırsınız. Əzələlər hərəkət edə bilmək üçün kaloriyə ehtiyac duyur və buna görə də nə qədər çox əzələniz varsa, o qədər çox kalori yandırırsınız. Velosipedə minmək eyni vaxtda diz və ayaq biləyi əzələlərini də gücləndirir. Diz ağrısı çox rast gəlinən bir narahatlıqdır, velosiped sürməklə oynağın ətrafındakı əzələləri inkişaf etdirmək burxulma və əzilmənin qarşısını alar.

- Pul yığın. Velosipeddən nəqliyyat vasitəsi kimi istifadə etsəniz, benzin yerinə kalori itirəcəksiniz. Bu da benzin və parketmə xərclərinin sıfıra düşməsi deməkdir (velosiped üçün qıfıl almağı unutmayın). Bundan başqa, avtomobil sürmək əvəzinə velosipeddən istifadə edərək avtomobilinizə və cibinizə ziyan vurmazsınız.

Afət Tahirqızı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
sesqazeti.az

2Mənbələr