Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Rublyovkada (Moskva) yaşayır və oftalmologiya üzrə təhsil alır...
Poliqon xəbər verir ki, bu barədə The Guardian mənbələrə istinadən məlumat verib.
Nəşrin məlumatına görə, Əsədin qızı artıq MGIMO-da təhsilini başa vurub. Suriyanın keçmiş prezidenti özü rus dilini öyrənir və oftalmologiya təhsilini davam etdirir.
"Bu, onun hobbisidir, pula ehtiyacı yoxdur. Suriyadakı müharibədən əvvəl belə, o, müntəzəm olaraq Dəməşqdə oftalmologiya ilə məşğul olub", deyə nəşr bildirir.
Poliqon.info