Anası Güllünü qətlə yetirməkdə şübhəli bilinən Tuğyan Ülkem Gülterin hüquq-mühafizə orqanlarına verdiyi ifadə ictimaiyyətə açıqlanıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gülterin dindirilmə zamanı ittihamları qəbul etmədiyini və hadisə ilə bağlı özünü belə müdafiə etdiyini bildirib.
Onun sözlərinə görə, anasının çəkisi onunkundan daha ağır olub və bu səbəbdən onu qaldırmasının mümkün olmadığını deyib. Hadisə zamanı arxası dönük olduğu üçün baş verənləri görmədiyini qeyd edib.
Gülterin həmçinin Sultan adlı şəxslə arasında hər hansı problem yaşanmadığını, yaxın rəfiqə olduqlarını vurğulayıb. O, anasını itələmədiyini, əks halda anasının kömək üçün qışqıracağını bildirib. Səs yazısında eşidilən "görüşərik" ifadəsinin isə ona aid olmadığını xüsusi olaraq qeyd edib.
Hüseyn
Milli.Az