Bakı. Trend:
Bu ilin ilk 9 ayında ilkin gəlirlər balansı defisitli olub. Budövrdə kəsirimiz 1,7 milyard dollar təşkil edib. Bu kəsr ötən ilineyni dövrünə nisbətən təxminən 14% daralıb.
Trend xəbərverir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistikadepartamentinin direktoru Samir Nəsirov tədiyə balansınınaçıqlanmasına həsr olunmuş brifinqə deyib.
"İlkin gəlirlər balansının kəsirini formalaşdıran əsas amilneft-qaz sektorunda Azərbaycana yatırılmış birbaşa xariciinvestisiyaların faiz repatriasiyası ilə əlaqədardır. Bu dövrdə 2milyard dollara yaxın həcmində ölkəyə qoyulmuş birbaşa xariciinvestisiyaların faiz repatriasiyası həyata həyata keçirilib", - obildirib.
"Eyni zamanda bu dövrdə qiymətli kağızlar portfelindəngəlirlərimiz artır. Bu ilin ilk 9 ayında qiymətli kağızlarportfelindən gəlirlərimiz ötən ilin eyni dövrü ilə müqayisədə xalisolaraq 7,4% artıb", - S. Nəsirov əlavə edib.