AZ

Mərakeşdə daşqınlar - Ölənlərin sayı 21-ə çatıb

Mərakeşin Asfi şəhərində baş verən daşqınlar və şiddətli fırtına nəticəsində ölənlərin sayı 21-ə yüksəlib.

Missiya.Az xəbər verir ki, bu barədə Mərakeşin rəsmi xəbər agentliyi MAP məlumat yayıb. Bildirilib ki, əlverişsiz hava şəraiti ölkənin müxtəlif bölgələrində ciddi fəsadlara, nəqliyyatın fəaliyyətində fasilələrə və insan tələfatına səbəb olub.

Səlahiyyətlilər itkin düşənlərin axtarışı üçün xilasetmə əməliyyatlarının davam etdiyini, zərərçəkmiş ərazilərdə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini və vətəndaşlara yardım göstərildiyini qeyd ediblər.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
138
missiya.az

1Mənbələr