ain.az, sport24.az portalına istinadən məlumat yayır.
"Kəpəz" ciddi itkilərlə üzləşib. Sport24.az-ın məlumatına görə, Gəncə təmsilçisi Misli Premyer Liqasında ilin son oyununda iki aparıcı futbolçusunun xidmətindən yararlana bilməyəcək.Bunlar Olavale Onanuqa və Şakir Seyidovdur. Onlar "Qəbələ"yə qalib gəldikləri (1:0) XV turun matçında sarı vərəqə gördükləri üçün cəzalı duruma düşüblər.Hər ikisi cari mövsüm dördüncü dəfə bu halla üzləşib. Onanuqa və Seyidov XVI turda, dekabrın 19-da "Turan Tovuz"la qarşılaşmada meydana çıxa bilməyəcəklər.Qeyd edək ki, Olavale Onanuqa cari mövsümdə 12, Şakir Seyidov isə 14 matçda meydanda olub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.