AZ

İki Aİ dövləti dondurulmuş Rusiya aktivlərinin istifadəsinə qarşı çıxa bilər

Macarıstan və Slovakiya dondurulmuş Rusiya aktivlərinin istifadəsinə qarşı çıxa bilər.

 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Politico" mənbələrə istinadən məlumat yayıb.

Məqalədə deyilir ki, “Macarıstan və Slovakiya da Rusiya aktivlərinin müsadirəsinə qarşı çıxacaqlar”.

Daha əvvəl nəşr İtaliyanın Avropa Birliyinin dondurulmuş Rusiya aktivlərini Ukraynaya göndərmək planına qarşı çıxmaqda Belçika, Malta və Bolqarıstanı dəstəklədiyini bildirmişdi.

Seçilən
106
operativmm.az

1Mənbələr