AZ

Qiymətli kağızlardan 750 milyon dollar gəlir əldə edilib

BAKI, 15 dekabr. TELEQRAF

Azərbaycan rezidentlərinin xarici ölkələrə qiymətli kağız portfelinə yatırdığı investisiyalardan 750 milyon dollar faiz gəlirləri əldə edilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,45% çoxdur.

Teleqraf xəbər verir ki,bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov Tədiyə balansının açıqlamasına dair keçirilən brifinqdə bildirib.

Digər əsas komponent təkrar gəlirlər balansıdır. Təkrar gəlirlər balansı bizdə ənənəvi olaraq profisitlə formalaşıb. Bu dövrdətəkrar gəlirlər balansında isə təxminən 468 milyon dollar profisitimiz formalaşıb.

Təkrar gəlirlər balansının profisiti əsasən ölkəyə fiziki şəxslər tərəfindən köçürülən vəsaitlərlə bağlıdır.

Seçilən
128
teleqraf.com

1Mənbələr