AZ

36 yaşlı YUĞ teatrına görəsən nə vaxt bina veriləcək?

ain.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Əməkdar artist Gülzar Qurbanova “YUĞ” teatrının binasının olmamasından şikayətlənib.

Axşam.az xəbər verir ki, aktrisa arxiv fotosunu yayımlayaraq 36 yaşı olan teatra nə zaman bina veriləcəyini sual edib:

"Gördüyünüz bu şəkil nə vaxtsa XIX əsrdə inşa olunmuş, Bakı milyonçusu Murtuza Muxtarov 83 ünvanında yerləşən tarixi köhnə hamam olan, 2003-cü ildən etibarən Azərbaycan Dövlət “YUĞ” Teatrının məskunlaşdığı məkanda 2005-ci ildə çəkilib və divardan ağ-qara asılıb. Vaqif İbrahimoğlu günlərimdən qalan xatirələr... Dahi ustadım.

35 il teatrla birlikdə yaşamaq, onun hər uğuruna, hər çətinliyinə şahid olmaq böyük bir ömürdür. Görəsən, 36 yaşlı “YUĞ” teatrı nə vaxt bina ilə təmin olunacaq?".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
2
axsam.az

3Mənbələr