Çində kafedə qaz ocağı partlayıb, müştərilər alov içində qalıb.
İnterpress.az xəbər verir ki, bu barədə Çin KİV-ləri məlumat yayıb.
Çindəki kafelərin birində şam yeməyi zamanı bədbəxt hadisə baş verib. Bir qrup kişi masada quraşdırılmış qaz ocağında ət bişirərkən qurğu qəfil partlayıb.
Alov sürətlə yayılaraq yaxınlıqda oturan müştərilərə ciddi yanıq xəsarətləri yetirib.
Xuraman Etibarlı
İnterpress.az