ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Kreml gələn ildən gec olmayaraq Çeçenistan rəhbəri Ramzan Kadırovdan xilas olmağı planlaşdırır. Rusiya Prezident Administrasiyasının bir neçə nüfuzlu şəxsi əllərindən gələni edəcəklər ki, Kadırov gələn ilin əvvəlində Çeçenistan rəhbəri vəzifəsindən istefa versin.
Axar.az xəbər verir ki, bu barədə “Kremlyovskaya Tabakerka” Teleqram kanalı Kremldəki mənbələrə istinadla məlumat yayıb.
“Ramzan yorğun olduğunu deyir, amma Vladimir Putin istəsə, namizədliyini irəli sürəcəyində israr edir. Ola bilsin ki, istəsin. Amma biz prezidenti inandırmaq niyyətindəyik ki, Kadırovla ən azı gələn il qurtarmaq lazımdır. Bunun üzərində işləyirik”, - mənbə bildirib.
Qeyd edək ki, Çeçenistan rəhbəri Ramzan Kadırov hakimiyyətə rəhbərlik etməkdən yorulduğunu açıqlamışdı.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.