AZ

Gənc nəsil arasında dindarlaşma prosesi daha dinamikdir - Prorektor

Bakı. Trend:

Gənc nəsil arasında dindarlaşma prosesi daha dinamik şəkildəmüşahidə olunur.

Trend xəbərverir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun Elm vəinnovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosentMirniyaz Mürsəlov bu gün Bakıda Elm və Təhsil Nazirliyi və DiniQurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə"Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusundakeçirilən konfransda “Dini fanatizm, xurafat və radikalizmləmübarizədə məktəbin maarifləndirici missiyası” adlı panelmüzakirəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində müstəqillikdənsonra dindarlaşma prosesi başlayıb:

“Bu proses əvvəlcə nisbətən tədricən inkişaf etsə də, sonradanqloballaşan dünyada baş verən xarici təsirlərin də təsiri iləsurətləndi. Xüsusilə gənc nəsil arasında dindarlaşma prosesi dahadinamik şəkildə müşahidə olunur. Biz gənclərin dini dəyərlərə maraqgöstərməsini təbii və normal qarşılayır, eyni zamanda onlarınfanatizm və radikalizmdən uzaq olmasını da arzulayırıq. Dinidəyərlərin düzgün və sağlam şəkildə öyrədilməsi xüsusi əhəmiyyətdaşıyır. Yanlış, radikal və ya təhrif olunmuş dini yanaşmalar həmfərd, həm də cəmiyyət üçün ciddi təhlükələr yarada bilər. Busəbəbdən əsas məqsəd gənclərdə sağlam dini düşüncə formalaşdırmaq,onları həm mənəvi dəyərlərə bağlı, həm də radikalizm vəekstremizmdən uzaq, məsuliyyətli vətəndaşlar kimiyetişdirməkdir”.

Seçilən
72
az.trend.az

1Mənbələr