AZ

Vaşinqtonda zəfər tağı tikiləcək


Amerikanın paytaxtı Vaşinqtonun dünyadakı bütün oxşar tikililəri geridə qoyacaq öz zəfər tağı olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən tədbirdə bildirib.
“Vaşinqton dünyada zəfər tağı olmayan yeganə böyük şəhərdir. Ancaq bu zəfər tağı bütün digər şəhərlərdəki zəfər tağlarını geridə qoyacaq”, - Tramp qeyd edib.
Onun sözlərinə görə, tağın tikintisi Arlinqton körpüsünün qarşısında, ABŞ prezidenti Avraam Linkolnun memorialının əks tərəfində aparılır.
“Bu, elə bir şey olacaq ki, Parisdəkilərə bənzəyəcək, ancaq açığı, hər cəhətdən Paris variantını üstələyəcək”, - ABŞ Prezidenti əlavə edib.
Seçilən
150
1
yeniavaz.com

2Mənbələr