AZ

Ötən həftə 683 partlamamış hərbi sursat zərərsizləşdirilib

Bakı.Trend:

Azad olunan ərazilərdə dekabrın 8-dən 14-nə qədər 18 tankəleyhinə mina, 42 piyada əleyhinə mina, 683 partlamamış hərbisursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Trend xəbərverir ki, ANAMA-nın azad edilmiş ərazilərdə həyata keçirilənhumanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlikməlumatında deyilir.

Məlumata əsasən, 838.2 hektar ərazi minalardan təmizlənib.

Bildirilib ki, minatəmizləmə əməliyyatlarını ANAMA, MüdafiəNazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət SərhədXidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam,Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlıvə Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azadedilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılıkəndlərində həyata keçirib.

Məqalədə:
Seçilən
103
33
az.trend.az

10Mənbələr