Bakı.Trend:
Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinəqarşı mübarizə davam etdirilir. Qaradağ Rayon Polis İdarəsininəməkdaşları tərəfindən rayon ərazisində keçirilən sonuncu əməliyyatzamanı 49 yaşlı Salman Məmmədov və 42 yaşlı Tural Rəhmanovsaxlanılıblar.
Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, onların üzərindən və T.Rəhmanova məxsusmikroavtobusdan 8 kq 380 qr marixuana, 2 kq 560 qr tiryək və 200ədəd psixotrop tərkibli güclü təsiredici xassəyə malik metadon həbiaşkarlanıb.
Saxlanılan şəxslər ifadələrində narkotikləri sosial şəbəkələrdətanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İranvətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.Araşdırma zamanı onların şəhərlərarası sərnişindaşıma fəaliyyətiadı altında narkokuryerlik etdikləri məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmalarıdavam etdirilir.