Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaya Kallas bildirib ki, Ukraynanın NATO-ya üzvlüyü artıq müzakirə olunmur.
KONKRET.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.
K.Kallas Ukraynanın NATO-ya üzv ola bilməməsini balanslaşdırmaq üçün Avropa İttifaqını ona “ciddi təhlükəsizlik zəmanətləri” verməyə çağırıb.
“Bir halda ki, NATO-ya üzvlük artıq müzakirə olunmur, Avropa İttifaqı adi kağız üzərində qalacaq sənəd yox, həqiqətən ciddi təhlükəsizlik zəmanətləri hazırlamalıdır. Burada real qoşunlardan, real hərbi imkanlardan söhbət gedir”, – deyə Kallas bildirib.
Avropa diplomatiya xidmətinin rəhbəri Ukraynaya dondurulmuş Rusiya aktivləri əsasında kreditlərin ayrılması üzrə müzakirələrin çətinliyini etiraf edib.
Onun sözlərinə görə, Kiyevin maliyyələşdirilməsi üçün ən məqbul variant “reparasiya kreditləridir” və Aİ bunun üzərində işləyir.
“Hələ buna nail olmamışıq, bu, çox çətindir, amma biz öz işimizi yerinə yetiririk. Bizim qarşıda bir neçə günümüz var”, – deyə K.Kallas Brüsseldə Avropa ölkələrinin xarici işlər nazirlərinin iclasından əvvəl qeyd edib.