AZ

Dini radikalizm qızları öz hüquqlarından uzaqlaşdırır - Mehman İsmayılov

Bakı. Trend:

Radikal təfsirlərə qarşı sağlam dini biliklərin tədrisi iləbağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Elm və TəhsilNazirliyinin birgə əməkdaşlığı nəticəsində fəaliyyət planıhazırlana bilər.

Trend xəbərverir ki, bunu Bakı İlahiyyat Kollecinin direktoru, ilahiyyat üzrəfəlsəfə doktoru Mehman İsmayılov bu gün Bakıda Elm və TəhsilNazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgətəşkilatçılığı ilə "Dini düşüncə mədəniyyəti: pedaqojiperspektivlər" mövzusunda keçirilən konfransda “Dini fanatizm,xurafat və radikalizmlə mübarizədə məktəbin maarifləndiricimissiyası” adlı panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, natamam dini təhsil, ailə və sosial mühitintəsiri, psixoloji amillər, yanlış dini təbliğat, rasional düşüncəazlığı kimi şeylər dini fanatizmə gətirib çıxaran amillərdir:

"Xurafat, dini fanatizm və dini radikalizm qızları özhüquqlarından uzaqlaşdırır, onların azadlıqlarını ciddi şəkildəməhdudlaşdırır. Qızların təhsilə, işə, ictimai həyata çıxışınıəngəlləyir, gender bərabərliyi prinsipləri inkar olunur. Məktəbinvə ya təhsilin məqsədlərindən biri də ailədə qazanılan dağınıq vənatamam biliklərin toplanıb tamamlanmasıdır. Radikal təfsirlərəqarşı sağlam dini biliklərin tədrisi ilə bağlı Dini Qurumlarla İşüzrə Dövlət Komitəsi və Elm və Təhsil Nazirliyinin birgəəməkdaşlığı nəticəsində fəaliyyət planı hazırlana bilər".

Seçilən
44
az.trend.az

1Mənbələr