ain.az bildirir, Axsham.az portalına istinadən.
Xalq artisti Brilliant Dadaşova və "Avroviziya" təmsilçimiz Aisellə (Aysel Məmmədova) duet oxuyub.
Axşam.az xəbər verir ki, müğənnilər birlikdə “Ayrı düşdük” adlı mahnı oxuyub və kamera qarşısına keçərək, klip çəkdiriblər. Sözləri Nəriman Abbaszadə, musiqisi Aiselin özünə məxsus olan bəstənin ekran həlli rejissor Royal Djafarova həvalə edilib.
Klipdə Dadaşovanın stili üzərində Elnur Həsənov çalışıb.
“Ayrı düşdük” nakam sevginin həm kədərini, həm də davam edən gizli bağlılığını ifadə edir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.