AZ

Zubirin yubiley oyunu

Abdulla Zubir premyer-liqada 200-cü oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubileyi Misli premyer-liqasının 15-ci turuna təsadüf edib.

O, “Araz-Naxçivan”la qarşılaşmada (5:1) meydana sonradan daxil olub. Premyer-liqada 2018/19 mövsümündə debüt edən Zubir ölkəmizdə yalnız “Qarabağ” forması geyib.

Abdulla bu görüşlərdə 52 qola imza atıb. O, ölkə çempionatları tarixində yüksək liqada 200 və daha çox matç keçirən 158-ci futbolçu olub. Zubir “200”ə cari mövsümdə çatan 4-cü oyunçudu. Onadək Filip Ozobiç, Elvin Bədəlov və Elvin Yunuszadə bunu bacarıb.

Seçilən
8
2
football-plus.az

3Mənbələr