
İranın xarici işlər naziri Abbas Əraqçı dekabrın 17-də Rusiyaya səfər edəcək.
Missiya.Az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai məlumat verib.
O bildirib ki, Əraqçı dekabrın 15-də Belarusa, dekabrın 16-da isə Rusiyaya səfər edəcək.
Bəqai qeyd edib ki, İran XİN rəhbəri dekabrın 16-da Rusiya Dövlət Dumasının nümayəndələri ilə, 17-də isə xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
Daşqın HəsənovMissiya.Az