AZ

Fidan: Suriyadakı işimiz yeni başlayır




"Suriyadakı işimiz əslində yeni başlayır. Xarici müdaxilələrdən azad, sabit bir Suriyanın bölgəmiz üçün böyük bir dəyər olacağına inanırıq. Türkiyə bu prosesdə dost və qardaş Suriya xalqının yanında olmağa davam edəcək".

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilən "Xarici siyasət sülh, sabitlik və rifah yaradır" mövzusunda keçirilən 16-cı Səfirlər Konfransında çıxışında Fidan Türkiyənin böhranlar qarşısında passiv müşahidəçi deyil, strateji hərəkətləri ilə prosesləri formalaşdıran bir aktyor olduğunu və yerində atılan addımların regional və qlobal tənlikdə konkret əks olunduğunu və bunu davam etdirəcəyini bildirib.

Fidan, "Bugünkü diplomatik profil müxtəlif sahələrdə strateji ustalıq tələb edir. Başqa sözlə, bugünkü dünyada diplomat mahiyyət etibarilə çoxşaxəli strateq olmalıdır. Bu anlayışla dünyanı uzunmüddətli və uzaqgörən bir perspektivlə oxumaq təcrübəsi inkişaf etdirməliyik",-deyə bildirib.

Süleyman
Seçilən
150
newscenter.az

1Mənbələr