"Football-plus.az" xəbər verir ki, 53 yaşlı mütəxəssis bunu jurnalistlərə açıqlamasında deyib. O, yeni transferlər etmək istədiklərini də vurğulayıb:
“Hazırda həm ruhuma, həm də özümə Azərbaycan daha yaxındı. Bakını çox sevirəm. Düşünürəm ki, mənim üçün əvəzolunmazdı. Gördüyüm işlər fayda verəcəksə, karyeramın sonuna qədər Azərbaycanda çalışmağa hazıram. Hər il transfer söhbətləri olur. Ümumilikdə hər il komandamızda yaxşı hücumçular olur. Danışıqlar aparırıq. Çalışırıq ki, transferlər edək. Çünki tələblər böyükdü. Qış fasiləsini böyük ehtimalla Antalyada keçirəcəyik”.