AZ

"Kreml Trampın Ukraynadakı səylərini yüksək qiymətləndirir" - Peskov

ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası Ukraynadakı münaqişənin həlli istiqamətində səmimi şəkildə fəaliyyət göstərir. 

Missiya.Az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Lakin Peskov döyüşlərin dayandırılması üçün konkret vaxtı açıqlamaqdan imtina edib və deyib ki, Tramp səmimi olaraq bir həll yolu üzərində işləyir və Ukraynada münaqişənin həllini istəyir. O, səylə çalışır və bütün komandası da bu işdə iştirak edir. Biz bu səyləri yüksək qiymətləndiririk.

Milad bayramına qədər sülh razılaşması əldə olunub-olunmayacağı barədə sualı cavablandıran Peskov qeyd edib ki, “Heç bir müddət haqqında danışmayacağam. Düşünürəm ki, bu, hazırda ən çətin və məsuliyyətli vəzifə olardı”.

O əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya-Ukrayna münaqişəsinin “ciddi həll yollarına” açıqdır.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
85
40
missiya.az

10Mənbələr