BAKI, 15 dekabr. TELEQRAF
Nazirlər Kabinetinin Milli Məclisə hesabatının təqdim edilməsi tarixində dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev qərar imzalayıb.
Qərara əsasən Nazirlər Kabineti hər il martın 31-dək Milli Məclisinin yaz sessiyasının iclasında Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verir.
Bu Konstitusiya Qanunu 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.