AZ

"100 saatdan çox narkoz almışam"- Aygün Kazımova

Xalq artisti Aygün Kazımova şəxsi həyatı və sağlamlıq durumu ilə bağlı açıqlama verib.

News365.az xəbər verir ki, müğənni  indiyədək 100 saatdan artıq narkoz qəbul etdiyini  bildirib. 

Kazımova şou-biznesdə ən sağlam müğənnilərdən biri olduğunu vurğulayaraq, dəfələrlə plastik əməliyyat keçirdiyini də etiraf edib:

“Neçə dəfə plastik əməliyyat keçirdiyimin sayını artıq itirmişəm. Buna baxmayaraq, özümü şou-biznesin ən sağlam müğənnisi hesab edirəm”, – deyə Aygün Kazımova bildirib.

Müğənninin açıqlaması sosial şəbəkələrdə və ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.

News365.az

Seçilən
62
news365.az

1Mənbələr