Bakı. Trend:
Cari ilin ilk 9 ayı ərzində Asiya İnkişaf Bankı (AİB) tərəfindənAzərbaycana birbaşa xarici investisiyaların həcmi 5,464 milyon ABŞdolları təşkil edib.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 14,396milyon dollar və ya 3,6 dəfə azdır.
Ötən ilin yanvar-sentyabr aylarında Asiya İnkişaf BankınınAzərbaycana birbaşa xarici investisiyaların həcmi 19,860 milyondollara bərabər idi.
Hesabat dövründə Azərbaycana birbaşa xarici investisiyalarınümumi həcmində AİB-dən olan investisiyaların payı 0,1% təşkiledib.
Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəkigöstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artımdeməkdir.
Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya47,7% çoxdur.