Bakı.Trend:
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşlarıtərəfindən aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində 11saylı cəzaçəkmə müəssisəsinə məhkumla qısamüddətli görüşə gəlmişhəyat yoldaşının üzərinə və əşyalarına baxış keçirilən zaman onaməxsus əl çantasında gizlədilmiş 1 ədəd “Samsung” markalı mobiltelefon aparatı aşkar olunaraq müəssisəyə keçirilməsinin qarşısıalınıb.
Trend xəbərverir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarındasaxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və yaötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir dahavətəndaşların diqqətinə çatdırılır.