AZ

ABŞ Avropadan çəkilir: Yeni geosiyasi reallıq başlayır

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Avropa və Almaniya üçün Amerika sülhü erası bitdi.

Bu sözləri Almaniya kansleri Fridrix Merz deyib.

O, transatlantik münasibətlərdə gözlənilən dəyişikliklərə baxmayaraq, Qərb ölkələrinin NATO-nu mümkün qədər uzun müddət qorumağa çalışmalı olduqlarını vurğulayıb.

Merz bildirib ki, Avropa ölkələri ABŞ ilə münasibətlərdə köklü dəyişikliklərə hazırlaşmalıdır, lakin münasibətləri kəsməkdən çəkinməlidir.

Bəs deyə bilərikmi ABŞ-nin Avropadan strateji çəkilməsi prosesi artıq başlayıb?

ABŞ-nin Avropadan strateji çəkilməsi birdən-birə baş verən hadisə deyil, lakin proses faktiki olaraq artıq başlayıb və bu, daha çox formanın dəyişməsi, yoxsa tam geri çəkilmə kimi başa düşülməlidir.

Əvvəla, Vaşinqtonun təhlükəsizlik prioritetləri struktur şəkildə dəyişib. ABŞ üçün əsas strateji rəqib artıq Rusiya deyil, Çindir. Sakit okean regionu, yəni Tayvan, Cənubi Çin dənizi, AUKUS və QUAD kimi formatlar ABŞ hərbi və siyasi diqqətinin mərkəzinə keçib. Bu, Avropanın avtomatik olaraq ikinci plana keçməsi deməkdir. ABŞ Avropanı tərk etmir, amma mərkəz olmaqdan çıxarır.

İkincisi, ABŞ Avropada “təhlükəsizlik təminatçısı” rolunu şərtli hala gətirir. Vaşinqton açıq şəkildə bildirir ki, Avropa ölkələri müdafiə xərclərini artırmalıdır, regional təhlükəsizlikdə əsas yükü öz üzərinə götürməlidir. ABŞ isə son instansiya zəmanətçisi rolunda qalacaq.

Bu, klassik himayə modelindən məsuliyyətin ötürülməsi modelinə keçid deməkdir.

Üçüncüsü, bu proses siyasi ritorikada da açıq görünür. Almaniya kimi ənənəvi transatlantik dayağın belə “Amerika sülhü erası bitdi” deməsi göstərir ki, Avropa artıq ABŞ-nin daimi və dəyişməz təhlükəsizlik çətiri ideyasına inanmır. Bu, reallığın gecikmiş etirafıdır.

Günay

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
96
icma.az

1Mənbələr