AZ

"Neftçi" ilə oyun ərəfəsində "Sumqayıt"ın heyəti ilə bağlı son vəziyyət açıqlandı

Misli Premyer Liqasının 15-ci turu çərçivəsində bu gün "Neftçi"nin qonağı olacaq "Sumqayıt"ın heyəti ilə bağlı son vəziyyət bəlli olub.

Bu barədə Fanat.Az-a "kimyaçılar"ın sözçüsü Zaur Xudiyev məlumat verib:

"Cəzalı futbolçu yoxdur. Bildiyiniz kimi, baş məşqçi Saşa İliç və köməkçisi Veliçko Kaplanoviç cəzalı olduqları üçün texniki zonada yer almayacaqlar. Zədəlilər isə uzun müddətə sıradan çıxdığı öncədən bəlli olan Ayxan Süleymanlı və hazırda düşərgədə olsa da, məşqlərə qoşulmayan İsa Sulimandır. Başqa zədəli yoxdur. Ötən tur adı iştirak ərizəsinə salınmayan müdafiəçi Höccət Haqverdi də oynaya bilər".

"Palms Sport Arena"da baş tutacaq "Neftçi" - "Sumqayıt" matçı 19:00-da başlayacaq. Bu, ukraynalı mütəxəssis Yuri Vernidubun Bakı təmsilçisinin baş məşqçi postunda ilk rəsmi matçı olacaq.

Nihat

Seçilən
78
1
fanat.az

2Mənbələr