Bakı. Trend:
Bu gün səhər saatlarında paytaxtın Xətai rayonu, Gəncə prospektiilə 8 Noyabr prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi başverib. İlkin ehtimala görə səkidə park edilən avtomobil içərisindəsərnişin ola-ola qəfil hərəkətə başlayaraq yolda olan svetoforaçırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, 1 ədəd üzərindəpiyada bölmələri olan nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb.Sıradan çıxan svetoforun yenisi ilə əvəz edilməsi işlərigörülür.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektualİdarəetmə Mərkəzinin məlumat yayıb.
"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə xatırladırki, “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinə əsasənnəqliyyat vasitəsini duracağa qoyduqda sürücü mühərriki söndürməli,duracaq tormoz sistemini qoşmalı, təkərləri səkiyə və ya yolunqırağındakı başqa maneəyə tərəf çevirməli və qapılarıkilidləməlidir. Sürücülərə tövsiyə olunur ki, nəqliyyat vasitəsinipark edərkən sadə təhlükəsizlik qaydalarına əməl etsinlər", - deyəməlumatda qeyd olunub.