Taylor Svift 1,6 milyard dollarlıq sərvətinin 12 faizini turne komandasında mükafat kimi paylayıb.
"Yeni Sabah" xəbər verir ki, 36 yaşlı amerikalı ulduz 2 il davam edən “The Eras Tour” turnesi zamanı onunla çalışan komanda üzvlərinə 197 milyon dollar mükafat ödəyib.
Turnedən vergi ödənmədən ümumən 2,07 milyard dollar gəlir əldə olunub. Svift menecerindən tutmuş səhnə avadanlıqlarını daşıyan TIR sürücüsünə qədər hər kəsə mükafat verib. Aylarla ev-eşiyindən uzaqda çalışan TIR sürücülərinin hər birinə 100 min dollar ödənib. Sürücülərdən biri bu məbləği “həyat dəyişdirən pul” adlandırıb.
İlhamə Qasımlı
Telegram kanalımız