AZ

Rusiyada üzərində 3 bomba olan şəxs saxlanılıb

Bakı. Trend:

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarınınəməkdaşları üzərində üç ədəd kustar üsulla hazırlanmış partlayıcıqurğu olan bir nəfəri saxlayıblar.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Jurnalistlərin verdiyi məlumata görə, insident həftəsonu UralHüquq İnstitutunun yaxınlığında baş verib. Asayiş keşikçiləritəhsil müəssisəsinin yerləşdiyi Elmaş rayonu üzrə patrul xidmətizamanı şübhəli şəxsi görüblər. Hüquq-mühafizə əməkdaşları onusaxlayaraq çantasına baxış keçiriblər və oradan partlayıcı qurğularaşkarlayıblar. Bundan sonra hadisə yerinə əməliyyat qrupuçağırılıb.

Məlumata görə, saxlanılan şəxsin 22 yaşı var. Ona terror aktınacəhd maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Seçilən
67
az.trend.az

1Mənbələr