AZ

Azərbaycan Yaxın Şərqdə enerji oyunçusuna çevrilir

Bakı. Trend:

Bu ilin avqustunda Türkiyənin Kilis şəhəri yaxınlığında yeni birboru kəməri vasitəsilə Azərbaycan təbii qazının Türkiyə üzərindənSuriyaya nəqlinə rəsmi başlanıldı. Bu, Azərbaycan qazının Suriyayabirbaşa ixracına start verilməsi baxımından tarixi hadisədir.

Qaz Azərbaycanın Şahdəniz kimi əsas qaz yataqlarından çıxır vəboru kəmərləri ilə Türkiyəyə çatdırılır. Türkiyə ərazisindəkiinfrastrukturdan sonra qaz Kilis vasitəsilə Suriyaya daxil olur. Buyolla qaz əvvəlcə Hələb (Aleppo) və Homs kimi böyük şəhərlərdəkielektrik stansiyalarına çatdırılır. Bu layihə birbaşaAzərbaycan–Türkiyə–Suriya enerji əməkdaşlığı çərçivəsində, həmiqtisadi, həm də regionda enerji inteqrasiyasını artırmaq məqsədiləhəyata keçirilir. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıqelektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.

Ötən həftə statistik rəqəmlər də açıqlanıb. Belə ki,Azərbaycandan Suriya Ərəb Respublikasına 52,501 milyon ABŞ dollarıdəyərində 153,157 milyon kubmetr (qaz halında) təbii qaz ixracedilib. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyardkubmetr təbii qazın ixracı planlaşdırılır. Rəsmi məlumatlara görəlayihənin davamı ilə bu həcmlər daha da artırıla bilər və 2 milyardkubmetrə qədər çatdırılması hədəflənir. Nəzərə almaq lazımdır ki,bu həcmlər Suriyaya birbaşa tranzit üsulu ilə daşınan qaz miqdarınıgöstərir. Layihənin əsas hədəfi Suriyanın enerji sektorununbərpasına töhfə verməkdir.

Suriyada 2011-ci ildən davam edən müharibə enerjiinfrastrukturuna ağır ziyan vurmuşdu; boru kəmərinin açılması buinfrastrukturun yenidən qurulmasında önəmli rol oynayacaq. Bu,Azərbaycanın qaz siyasətində strateji addım kimi dəyərləndirilir:həm iqtisadi diversifikasiya, həm də regionda enerji liderliyiningücləndirilməsidir. Təchizatın genişləndirilməsi ilə daha çox qazıngələcəkdə Suriyaya verilməsi mümkündür. Enerji bərpası iləSuriyanın iqtisadi dirçəlişinə dəstək təşkil edilə bilər.

Bu layihə zərbaycan qazının ixrac istiqamətlərini genişləndirir,Suriyada enerji bərpası üçün vacib resurs yaradır, regiondaəməkdaşlığı və enerji təhlükəsizliyini gücləndirir, Bu ixrac hələbaşlanğıc mərhələsindədir və növbəti illərdə daha geniş həcmlər vəstrateji əməkdaşlıq planlaşdırılır, eyni zamanda geosiyasi rolu vəsülh prosesinə töhfə verir.

Bu göstəricilər Azərbaycanın qaz ixrac coğrafiyasınıngenişləndirilməsinin real nəticəsi kimi çıxış edir. Ənənəvi olaraqAvropa və region ölkələrinə yönəlmiş ixrac siyasətinə Yaxın Şərqistiqamətinin əlavə olunması Azərbaycanın enerji strategiyasındayeni mərhələnin başlandığını göstərir. Suriyaya ixrac həcmi ümumiqaz ixracı fonunda nisbətən kiçik paya malik olsa da, strateji vəsiyasi çəkisi iqtisadi göstəricilərdən qat-qat böyükdür. Bu, sırfkommersiya deyil, eyni zamanda enerji diplomatiyasılayihəsidir.

Ümumilikdə, təqdim olunan göstəricilər sübut edir ki,Azərbaycandan Suriyaya təbii qaz ixracı sırf statistik hadisədeyil, daha geniş mənada enerji diplomatiyasının, regional təsirgücünün, iqtisadi və siyasi balanslaşdırmanın mühümelementidir.

Qeyd edək ki, ümumilikdə, 2025-ci ilin yanvar–oktyabr aylarındaAzərbaycandan xaricə ümumilikdə 7,418 milyard ABŞ dolları dəyərində20,649 milyard kubmetr təbii qaz ixrac edilib. Bu, ötən ilin eynidövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 569,3 milyonABŞ dolları və ya 8,3% çox, həcm baxımından isə 690,003 milyonkubmetr və ya 3,2% azdır.

Eyni zamanda bu ilin ilk 10 ayında Azərbaycana 39,151 milyon ABŞdolları dəyərində 252,158 milyon kubmetr təbii qaz idxal edilib. Buisə bir il əvvəlki göstərici ilə müqayisədə dəyər ifadəsində 40,2milyon ABŞ dolları və ya 2 dəfə, həcm baxımından isə 243,6 milyonkubmetr və yaxud 49,1% azdır.

Məqalədə:
Seçilən
139
2
az.trend.az

3Mənbələr