AZ

Kamala Harris Trampın yerini tutmaq istəyir

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kamala Harris 2028-ci il prezident seçkilərində yarışmaq niyyətindədir.

Axios-un məlumatına görə, ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris prezident kürsüsü uğrunda mübarizədən geri çəkilmək niyyətində deyil. O, 2028-ci il seçkiləri ərəfəsində mövqelərini möhkəmləndirməyə çalışır.

Kaliforniya ştatının qubernatoru Gevin Nyusom və digər potensial namizədlərlə mümkün rəqabətə baxmayaraq, milli sorğular Harrisin Demokratlar düşərgəsinin əsas favoriti olaraq qalmasını göstərir.

Eyni zamanda, Donald Tramp da ikinci müddəti olmasına baxmayaraq vəzifədə qalmaq niyyətini gizlətmir, bu isə gələcək prezident seçkilərində potensial rəqabətin güclü olacağını göstərir.

Firuzə

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
icma.az

1Mənbələr