AZ

Kolumbiyada dəhşətli qəza 16 ölü, 20 yaralı

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kolumbiyada dəhşətli qəza baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bir qrup gənci daşıyan avtobus dərəyə aşıb. Bədbəxt hadisə nəticəsində ilkin məlumata görə, 16 nəfər ölüb, 20 nəfər isə yaralanıb.

Antioquia qubernatoru Andres Julian Rendon mətbuata açıqlamasında avtobusun 20 metr yüksəklikdən dərəyə düşdüyünü bildirib. O, hadisə yerinə çoxlu sayda axtarış-xilasetmə qrupunun göndərildiyini deyib.

Qəza ilə bağlı dərin kədərini ifadə edən Rendon, bütün xəstəxana işçilərinin bu təcili vəziyyət üçün səfərbər edildiyini vurğulayıb.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
525.az

1Mənbələr