Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
“Türkiyə ilə münasibətlər Embalonun xarici siyasət vizyonunun ən konkret və dinamik sütununu təşkil edir. İki ölkə arasındakı yaxınlaşma simvolik təmaslardan çox kənara çıxmış və hərbi, təhlükəsizlik, təhsil və ticarət sektorlarında konkret layihələrə çevrilmişdir”.
Bu barədə Bizimyol.info xəbər portalına Bahçeşehir Universitetinin Türk dünyası ilə əlaqələr üzrə rektor müşaviri İhsan Alpargın danışıb. Təhlükəsizlik eksperti bildirib ki, iki ölkə arasında hərbi və təhlükəsizlik əməkdaşlığı var: “Türkiyə Qvineya-Bisaunun təhlükəsizlik qüvvələrinə əhəmiyyətli dəstək verir. Buraya hərbi təlim, avadanlıq təchizatı və xüsusilə Qvineya-Bisaunun həssas sahil mühafizəsini gücləndirməyə yönəlmiş əməkdaşlıq daxildir”.
İhsan Alpargın
İhsan Alpargın təhsil investisiyalarından söz açıb. Təhlükəsizlik eksperti qeyd edib ki, Türkiyə Maarif Fondu (Maarif Fondu) ölkədə məktəbləri idarə edir, təhsil sahəsində davamlı təsir və yumşaq güc yaradır.
“Embalonun Ankaraya rəsmi səfərləri və Qvineya-Bisauda türk rəsmiləri tərəfindən keçirilən yüksək səviyyəli görüşlər münasibətlərin dərinliyini nümayiş etdirir. Bu səfərlər təkcə dostluq mesajları ilə deyil, həm də konkret razılaşmalar və anlaşmalarla möhkəmləndirildi”-deyə İhsan Alpargın vurğulayıb.
İhsan Alpargının fikrincə, Türkiyə iş dünyasının ölkəyə, xüsusən də tikinti, səhiyyə və xidmət sektorlarına marağı artır və Türkiyə özünü Qvineya-Bisau üçün ənənəvi Avropa tərəfdaşlarına alternativ kimi təqdim edir: “Embalo administrasiyası Türkiyə ilə münasibətləri dərinləşdirərkən xarici siyasət portfelini əhəmiyyətli dərəcədə şaxələndirib. Bu, sadə bir "yeni tərəfdaşlar axtarışı" deyil, qəsdən aparılan geosiyasi şaxələndirmə strategiyasıdır”.
İradə Cəlil, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.