AZ

"Sumqayıt"ın legioneri milliyə çağırıldı

"Sumqayıt"ın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mumini Afrika Millətlər Kuboku matçları üçün yığmaya dəvət olunub. O, Misli premyer-liqasında "Neftçi" və "Sabah"la görüşləri buraxacaq.

Qeyd edək ki, Benin millisi Afrika Millətlər Kubokunun D qrupunda Seneqal, Botsvana və Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.

Seçilən
0
2
football-plus.az

3Mənbələr