AZ

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ankarada Dünya Türk Dili Ailəsi Gününə həsr olunmuş panel müzakirələrində Türk Dilçilik Cəmiyyətinin rəhbəri, professor Osman Mert bildirib.

Professor qeyd edib ki, 1926-cı ildə Bakıda keçirilmiş müzakirələrdə toplaşan alimlər ikinci qurultayı Səmərqənddə keçirmək qərarına gəliblər, lakin tədbir baş tutmayıb. “Bakı qurultayının 131 nümayəndəsinin əksəriyyəti repressiyaya məruz qalıb”, - deyə Türk Dilçilik Cəmiyyətinin rəhbəri bildirib.

O.Mert 2026-cı ildə keçirilməsi planlaşdırılan ikinci dilçilik qurultayının təşkili məsələsi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası ilə sıx əməkdaşlıqdan danışıb. “Səmərqənddə keçiriləcək qurultay həm də Bakı qurultayı iştirakçılarının xatirəsinə bir ehtiram olacaq”, - deyə o vurğulayıb.

Seçilən
116
azerbaijan-news.az

1Mənbələr